Nevrologiya kitabı
Hörmətli və dəyərli izləyicilərimiz!
Dərslik sinir sisteminin anatomiya, fiziologiya, patofiziologiya, biokimyasına və topik diaq-nostikasına həsr olunmuşdur. Sinir sisteminin topik diaqnostikası və anatomiyasına həsr olunmuş digər tibbi ədəbiyyatlarda gözlənilən ardıcıllığa uyğun olaraq kitabda sinir sisteminin bütün şöbələrinin quruluşu təqdim olunmuş və hər birinə xas funksional xüsusiyyətlər göstərilmişdir. Böyüklərdə və uşaqlarda nevroloji müayinənin əsasları, əldə edilmiş nəticələrin interpritasiyası, sinir sisteminin anatomiyasının əsasında patoloji vəziyyətlər zamanı topik diaqnostikanın özəl prinsipləri izah olunmuşdur. Dərslik tibb tələbələri, rezidentlər, nevroloqlar, neyrocərrahlar, psixiatrlar və digər həmmərz mütəxəssislər üçün nəzərdə tutulmuşdur.